Qubada məktəb binasında yanğın olub

17:03 - 22 Fevral 2019 - HADİSƏ

Quba rayonunda məktəb binasında yanğın olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib. Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyə edilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti