Yasamalda mağaza yanıb

09:00 - 21 Fevral 2019 - HADİSƏ

Yasamal rayonunda mağazada yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd məişət avadanlığı qismən yanıb. Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti