Hərbçilərə mobil telefon qadağan edildi

08:27 - 21 Fevral 2019 - Xəbər

Rusiya Dumasında hərbiçilərin xidmət başında mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı səsvermə keçirilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, təklif 450 üzvdən 400-nün lehinə səs verməsi ilə qəbul edilib. Qərara əsasən hərbiçilər foto və video çəkən, internetə çıxışı olan smartfonları iş vaxtlarında üzərlərində daşıya bilməyəcəklər. Sadəcə zəng və mesaj funskiyası olan sadə telefonlara isə qadağa qoyulmayıb.
Duma üzvləri bu addımın milli təhlükəsizliyi qorumaq, hərbiçilərin gizli məlumatlarının ifşa edilməsinə mane olmaq məqsədilə atıldığını bidiriblər.

Qərar Rusiya prezidenti Vladimir Putinin təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Xəbər xətti