Şəmkirdə avtomobil aşıb, ölən və yaralanan var

23:53 - 20 Fevral 2019 - HADİSƏ

Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Çənlibel kəndində qeydə alınıb. Belə ki, "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin - Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti