Mirkamil: "Qaz balonunu qoyub studiyanı partladacam" - Video

19:53 - 19 Fevral 2019 - Xəbər

Müğənni Afət Fərmanqızının Nəsimin qəzəlinə ifa etdiyi mahnı hələ də qalmaqala səbəb olmaqdadır.

Ucnoqta.az BiG.AZ-a istinadən xəbər verir ki, bu dəfə mahnıya "Xalq uduzu"dan məşhurlaşan, xalq artisti Mələkxanım Əyubbovanın bacısı oğlu Mirkamil Kamilov fikir bildirib:

"Salam, hər kəsi salmalayıram. Çox adam yenə baxıb güləcək ki, bunun başı gedib. Başımda problem yoxdu. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı olan məsələyə aydınlıq getirmək istəyirəm. O mahnını kim aranjiman edib? Həmən aranjmançıya üzümü tutub deyirəm, mənim nömrəmi tap zəng elə mənə.
Yoxsa qaz balonunu sənin studiyana qoyub partladacam. Ya tapırsan məni da ya da tapın görüm o mahnını kim aranjman edib? Oxuyana aid heç bir şey yoxdu burda, o idea müəllifi kimdirsə ona deyirəm ki, qaz balonun qoyub studionu dağıdacam"

Xəbər xətti