Eyni vaxtda doğulan 7 uşaq dünyasını dəyişdi

19:26 - 19 Fevral 2019 - Xəbər

İraqın Diyala əyalətində eyni vaxtda dünyaya gələn 7 uşağın hamısı dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı qadının dünyaya gətirdiyi 6 qız və 1 oğlan uşağı bir neçə gün yaşaya bilib. Əkizlərin ölüm səbəbi məlum deyil. Əl-Battul xəstəxanasından verilən məlumata görə, uşaqlar çox zəif olublar.

Halbuki, daha əvvəl əkizlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilmişdi.

Xəbər xətti