Azərbaycan neft ixracını 32% artırıb

18:17 - 18 Fevral 2019 - İQTİSADİYYAT

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən Azərbaycan 2,395 mln. ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Milli.Az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1,018 mlrd. ABŞ dolları təşkil edib. Bu ilin yanvar ayında ixrac olunan məhsulun miqdarı ötən ilin yanvar ayından 32%, dəyəri isə 16% çoxdur.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları yanvarda Azərbaycanın ümumi ixracının 79,56%-ni tutub.

Xəbər xətti