UEFA yeni reytinqi Açıqladı

12:46 - 15 Fevral 2019 - İDMAN

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, keçirilən 20 görüş ölkəmizin  mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır.
Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq 15, 16-cı  yerlərdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Xəbər xətti