Lerikin kəndində elektrik naqilləri əsl Təhlükə Mənbəyidir- Foto

10:42 - 15 Fevral 2019 - Xəbər

Lerik rayonu Vizezemin kəndində elektrik xətləri sakinlər üçün təhlükə mənbəyidir.

Ucnoqta.az xəbər verir ki, elektrik dirəklərindən asılmış naqillər həddindən aşağı səviyyədə olduğundan hətta əl ilə toxunmaq mümkündür. Kənd sakinlərinin verdiyi məlumata görə, fotoda görünən bu dirəklər kənd məktəbinin yaxınlığındadır ki, bu da məktəblilər üçün də təhlükə yaradır. Sakinlər aidiyyatı idarələrə müraciət etsələr də problem həllini tapmayıb.


Xəbər xətti