Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” tamaşasının premyerası olacaq

20:50 - 12 Fevral 2019 - Mədəniyyət

Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” tamaşasının premyerası olacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrında Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında Könül Şahbazova-Qasımovanın quruluşunda eyniadlı tamaşanın premyerası olacaq. Ucnoqta.az xəbər verir ki, tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynliyə məxsusdur. 

Premyera 15 fevral saat 15.00- da Teatr Xadimləri İttifaqının tamaşa zalında (Aktyorlar evı-Xaqani 7) olacaq.


Xəbər xətti