Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,61 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,96 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.
Tarix
12 Fevral 2019 [00:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-12 00:47:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin