Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

20:14 - 11 Fevral 2019 - İDMAN

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Ucnoqta.az AFFA-nın saytına istinadən xəbər verir ki, SOCAR-ın inzibati binasında keçirlimiş iclasda qəbul olunan qərara əsasən Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Milan Obradoviç – Azərbaycan U-2, Samir Əliyev – Azərbaycan U-19, Miloş Velebit – Azərbaycan U-15, U-16 yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Xəbər xətti