Bakıda dəm qazından zəhərlənmə: ana öldü, 7 yaşlı qızın vəziyyəti ağırdır

Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində bir nəfər dəm qazından ölüb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1989-cu il təvəllüdlü Aygün Ələşrəfova və qızı, 2012-ci il təvəllüdlü Aysun Ələşrəfova hamam otağında dəm qazından zəhərləniblər.
30 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Onun qızı isə təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında yeddi yaşlı qızın vəziyyətinin stabil olduğunu deyib:

“2012-ci il təvəllüdlü Aysun dünən çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Bütün gecəni ciddi həkim nəzarətində saxlanılıb və səhər saatlarına yaxın nisbətən özünə gəlib. Reanimasiya şəraitində saxlanılır. Vəziyyəti orta-ağır olaraq qalır”.

Tarix
11 Fevral 2019 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin