Bakıda arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı

17:44 - 8 Fevral 2019 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ceyhun Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib. İttihama görə, C.Bəşirov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan C.Bəşirovun barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti