Alfred Nobelin vəsiyyətnaməsi

12:30 - 7 Fevral 2019 - MARAQLI

Alfred Bernhard Nobel kimyaçı, ixtiraçı, mühəndis, müəllif və pasifist olub. O, həmçinin dinamiti icad edib. Cənab Nobel 265 milyon dollarlıq sərvətinin çoxunu Nobel mükafatının təsisinə ayırıb.

Kimyaçı və ixtiraçı Alfred Nobel 10  dekabr 1886-cı ildə İtaliyada beyin qanamasından dünyasını dəyişib. Bir sıra  dəfn xidməti həyata keçirildikdən və Alfred Nobelin cəsədi yandırıldıqdan sonra, onun vəsiyyətnaməsi oxunub. Hər kəs çox təəccüblənmişdi.
Alfred Nobel sağlığında bir neçə vəsiyyətnamə yazmışdı, lakin sonuncusu təxminən ölümündən 1 il əvvəl, 27 noyabr 1885-ci ildə yazılmışdı.

Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhvələr vermiş şəxslər” üçün 5 mükafatın (fizika, kimya, fiziologiya, yaxud tibb, ədəbiyyat və sülh) təsisinə ayırmışdı. Baxmayaraq ki, Nobel vəsiyyətnaməsində mükafatlar üçün çox möhtəşəm planlar təklif etmişdi, vəsiyyətnamə ilə bağlı bir sıra problem yaşandı. Alfred Nobelin qohumları elə təəccüblənmişdilər ki, bir çoxu vəsiyyətnaməyə etiraz etmək istədi.

Vəsiyyətnamənin quruluşunda Fransada vəsiyyətnaməyə etiraz etməyə səbəb ola biləcək rəsmi nöqsanlar var idi. Alfredin qanuni yaşayış yerinin hansı ölkə olması naməlum idi. O, 9 yaşına qədər İsveç vətəndaşı olmuşdu, lakin sonralar Rusiya, Fransa və  İtaliyada bu ölkələrin vətəndaşı olmadan yaşamışdı. Nobel ölümündən sonra İsveçdə dəfn edilməsi üçün planlar hazırlamışdı. Vəsiyyətnamə və əmlakın hansı ölkə qanunları ilə idarə edilməsini yaşadığı yer müəyyənləşdirəcəkdi. Əgər  həmin ölkə Fransa olardısa, vəsiyyətnamə qəbul edildikdən sonra vergi götürülə bilərdi. 

Nobel sülh mükafatını Norveç Stortinqinin (parlament) seçməsini istəmişdi, buna görə də bir çoxları onu vətənpərvər olmamaqda günahlandırdı. Bu mükafatları həyata keçirəcək fond hələ də mövcud deyildi və təsis olunmalı idi. Vəsiyyətnamədə bildirilməmişdi ki, ilin qalibi olmayacağı təqdirdə nə edilməlidir.
Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il kecmişdi.

 

Xəbər xətti