Parisdə polis gözyaşardıcı qazdan istifadə etdi - Video

21:47 - 5 Fevral 2019 - DÜNYA

Parisdə etiraz aksiyaları zamanı qarşıdurma yaranıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, maskalar altında gizlənən bir qrup gənc Rivoli küçəsində banklardan birinin və “Mcdonald's”ın vitrinlərini dağıdıb. Onlar, həmçinin, bankomatları, valyutadəyişmə məntəqəsini yandırıblar. Polis aksiyaçıları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Paris aksiyasında rəsmi məlumatlara görə 18 min, qeyri-rəsmi məlumata görə isə 30 min insan iştirak edir. Onlar minimum əmək haqqının 20% artırılmasını, kişi və qadınların bərabər maaşla çalışmalarını, vergi islahatlarının aparılmasını tələb edirlər. 

Xəbər xətti