"Qarabağ" - "Neftçi" matçındakı mübahisəli epizodla bağlı Video

19:50 - 4 Fevral 2019 - İDMAN

 Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş "Qarabağ" - "Neftçi" matçı ilə bağlı video yayımlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qurum "YouTube" kanalı vasitəsi ilə görüşdəki birinci qolu paylaşıb. Həmin epizodda qolun qaydalar çərçivəsində vurulduğu bəlli olub.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Dani Kintananın 6-cı dəqiqədə vurduğu qol bəzi müzakirələrə səbəb olub. "Neftçi"nin oyunçusu Mamadu Mbodj 30-cu dəqiqədə tarazlığı bərpa edib.

Xəbər xətti