Bərdədə küçədən iki körpə tapıldı

21:29 - 3 Fevral 2019 - HADİSƏ

Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə oğlan tapılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uşaqlardan birinin 8 aylıq, digərinin isə 2 yaşında olduğu ehtimal edilir. Əraziyə çağırılan təcili yardım maşınları vasitəsilə uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

​Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb.

Xəbər xətti