Sumqayıtda bina girişində kişi meyiti tapılıb

14:42 - 30 Yanvar 2019 - HADİSƏ

Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda bina girişində kişi meyiti tapılıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub.
Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti