“CinemaPlus”da popkorn festivalı keçirilib- Foto+Video

14:41 - 29 Yanvar 2019 - MAQAZİN

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında popkorn festivalı keçirilib.

Festivalın qonaqları bütün gün ərzində müxtəlif popkorn növlərini dequstasiya ediblər: küncütlü, karamelləşdirilmiş, meyvəli-şokoladlı, duzlu və şirin. Həmçinin onlar üçün maraqlı sürpriz hazırlanmışdır, hansı ki, festivalın ən maraqlı hissəsi olmuşdur.
DJ, animator, hündür boylu kuklalar, uzunayaqlı, sehrbaz, fotoqraf və videoqrafın iştirakı ilə şou-proqram təşkil olunub.  
Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə popkorn festivalına qatılıb, müsabiqələrdə iştirak edib, xatirə şəkilləri və selfi çəkdiriblər.  
Tədbirin təşkilində dəstəyi KR Production göstərib. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirib. 

 


Xəbər xətti