Böyük Britaniya Venesuelanın 1,2 milyardlıq qızılını qaytarmaqdan imtina edir

12:15 - 26 Yanvar 2019 - DÜNYA

İngiltərə bankı Venesuelanın 1,2 milyard dollar dəyərində qızıl külçələrini qaytarmayacaq.

Bu haqda “Blomberg” agentliyi yazıb. Xəbərə görə, İngiltərə bankı qızıl külçələrin qaytarılması üzrə Venesuela prezidenti Nikolas Maduronun tələbini rədd edib.

İngiltərə Maliyyə Nazirliyi bu qərarı ABŞ-ın dünya ölkələrinə çağırışından sonra qəbul edib. ABŞ-ın bəzi rəsmi şəxsləri, həmçinin dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Venesuela hakimiyyətini xarici aktivlərdən məhrum etməyə çağırıblar. publika.az

Xəbər xətti