Qadının çantasından 1800 manatı oğurlayan şəxs saxlanılıb

12:15 - 25 Yanvar 2019 - HADİSƏ

Qadının çantasından 1800 manatı oğurlayan əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 24-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti