Bərdədə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

21:50 - 22 Yanvar 2019 - HADİSƏ

Bərdə rayonunun Uğurbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli binada 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və binaya bitişik ümumi sahəsi 44 m² olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. 

Binanın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Xəbər xətti