Balakəndə 4 otaqlı ev yanıb

09:58 - 19 Yanvar 2019 - HADİSƏ

Balakəndə yanğın faktı qeydə alınıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun İtitala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti