İsrailli nazir Misirdə - 7 ildən sonra ilk dəfə

18:47 - 15 Yanvar 2019 - DÜNYA

İsrailin infrastruktur və energetika naziri Yuval Steinitz Misirə səfər edib. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Qahirədəki səfirliyinin “Facebook” səhifəsində məlumat yayılıb. Bu, son 7 ildə İsrailin hökumət nümayəndələrinin Misirə ilk rəsmi səfəridir.

Qahirədə ilk dəfə təbii qaz üzrə regional konfrans keçirilir. Səfirlik Yuval Steinitzin tədbirdə iştirakını təsdiqləyən fotoları paylaşıb.

Konfransda Fələstin və İordaniyanın rəsmiləri də iştirak ediblər.

“Qahirədə İsraili və hökumətini təmsil etdiyim üçün çox şadam. Bu ilk rəsmi ziyarətimdi. 2011-ci il yanvarın 25-dən sonra (Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən devrildiyi gün-red.) Misir hökuməti tərəfindən ilk dəfə israilli bir naziri rəsmi olaraq, Qahirəyə dəvət ediblər. Başqa sözlə bu, İsrail və Misir arasında əlaqələrin, əməkdaşlığın inkişaf etdiyinin göstəricisidir”, -  Yuval Steinitz konfransada vurğulayıb.

Xəbər xətti