Leyla Əliyevanın oğlu musiqi festivalında çıxış edəcək

12:07 - 15 Yanvar 2019 - Xəbər

Fevralın 16-da Bakıda II “Zima” uşaq estrada mahnıları festivalı baş tutacaq.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında keçiriləcək tədbirdə iştirak edəcək uşaqların adları açıqlanıb. Onlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğlu Əli də var. 10 yaşlı Əli Ağalarovun adı festivalın rəsmi instaqram səhifəsində qeyd olunub.

Qeyd edək ki, “Zima” müsabiqə deyil, beynəlxalq mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək.


Xəbər xətti