Türkiyədə qaz kəmərində partlayış baş verib

10:38 - 14 Yanvar 2019 - DÜNYA

 Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda təbii qaz xəttində partlayış olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə bölgənin dağlıq hissəsindən keçən qaz kəmərində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayış nəticəsində qaz kəmərində başlayan yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır. 

Xəbər xətti