Hacıqabulda "Mercedes" aşıb, 5 nəfər ağır yaralanıb

11:03 - 9 Yanvar 2019 - HADİSƏ

Faktla bağlı araşdırmalara başlanılıb

 Hacıqabul rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti