Bakıda avtomobillər toqquşdu - xəsarət alanlar var

11:52 - 8 Yanvar 2019 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib.

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində “Mercedes” və “Mitsubishi” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 6 nəfər ağır xəsarətlər alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.publika.az

Xəbər xətti