İndoneziyada "Anak Krakatau" yenidən püskürdü

17:44 - 3 Yanvar 2019 - DÜNYA

İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb.

Püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub. Bölgə rəhbərliyi sakinləri və turistləri vulkana 5 kilometrdən yaxın olmamağa çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 22-i vulkanın püskürməsi şiddətli sunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həlak olmuşdu.trend

Xəbər xətti