Qubada "KamAZ" aşıb

22:21 - 27 Dekabr 2018 - HADİSƏ

Quba rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər xətti