Bakıda 18 yaşlı gənc qətlə yetirildi

10:57 - 24 Dekabr 2018 - HADİSƏ

Bakıda qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Rayonun Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xəbər xətti