DYP maşını yoldan çıxıb aşdı - VİDEO

15:26 - 18 Dekabr 2018 - Xəbər

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib

Bu gün saat 14.20 radələrində Kənar Dairəvi Yolda  - Maşın bazarının yaxınlığında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə məxsus 99-YP-355 dövlət nömrəli nişanlı avtomobil qəzaya uğrayıb. Ucnoqta.az-ın məlumatına görə, yağışlı hava şəraitində yolun sürüşkən olması ilə əlaqədar idarəetmədən çıxan avtomobil yol kənarındakı uçuruma düşüb.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Xəbər xətti