Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb

20:17 - 17 Dekabr 2018 - HADİSƏ

Gəncədə usta ehtiyatsızlıq nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Yaşayış binasının dam örtüyünün yenilənməsi işi ilə məşğul olan 1984-cü il təvəllüdlü Hacıyev Elxan Misir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarəti alan usta yerindəcə ölüb.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti