Axtarışda olan şəxs saxlanılıb

15:56 - 15 Dekabr 2018 - HADİSƏ

Dələduzluğa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.

Xəbər xətti