Samur-Abşeron kanalında batan 60 yaşlı qadın axtarılır

16:51 - 13 Dekabr 2018 - Xəbər

Noyabrın 2-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1958-ci il il təvəllüdlü Cəfərova Məlahət Heybətulla qızının axtarışları davam etdirilir.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə xəbər verir ki, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.

Xəbər xətti