Bakıda Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək

18:00 - 13 Dekabr 2018 - Xəbər

Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində yüksək səviyyəli ilk dialoq gələn ilin fevral ayında Bakıda keçiriləcək.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas jurnalistlərə məlumat verib.
Səfirin sözlərinə görə, görüşdə iştirak etmək üçün Bakıya Avropa İttifaqının nümayəndə heyəti gələcək. Heyətə Avropa Komissiyasının Nəqliyyat departamentinin baş direktoru Henrik Hololey rəhbərlik edəcək.

Fevraldakı iclasa qədər, çox güman ki, nəqliyyat üzrə işgüzar səviyyədə görüş keçiriləcək, eləcə də Azərbaycan-Aİ aviasiya sazişi ilə bağlı danışıqlar aparılacaq.

Xəbər xətti