BP “Azəri-Çıraq-Günəşli” yatağında hasilat proqnozlarını açıqlayıb

14:52 - 13 Dekabr 2018 - İQTİSADİYYAT

2019-cu ildə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatı builki səviyyədə saxlamaq planlaşdırılır.

Bunu “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.O, həmçinin AÇQ yatağında “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarının fəaliyyətindən danışıb.

Onun sözlərinə görə, gələn ilin ikinci rübündə “Mərkəzi Azəri”, oktyabr ayında isə “Qərbi Çıraq” platformasında profilaktika işləri ilə əlaqədar bu platformaların fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, AÇQ yatağında bu ilin ilk üç rübü ərzində orta sutkalıq hasilat 588 min barrel təşkil edib. Ümumilikdə, 9 ay ərzində blokdan 22 milyon tondan çox neft hasil edilib.trend

Xəbər xətti