Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi

12:36 - 13 Dekabr 2018 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun vəzifəsini yüksəldib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə,  Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.
Xəbəri Unikal.org-a Aydın Əzizov təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.

Xəbər xətti