DYP və DANX Şəkidə reyd keçirib

15:53 - 11 Dekabr 2018 - Xəbər

25 sürücü cərimələnib

Şəki rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsi və Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi tədbir sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır. 

Belə ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib. Reyd zamanı 100-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb, 25 sürücü haqqında isəmüvafiq tədbirlər görülüb.

Xəbər xətti