Abşeronun iki qəsəbəsində işıq olmayacaq

12:31 - 11 Dekabr 2018 - Xəbər

Bu gün saat 12:30-dan 14:30-a qədər Abşeron rayonunun Goradil və Fatmayi qəsəbələrindəki bağlara elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilə həmin ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Xəbər xətti