Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

11:42 - 11 Dekabr 2018 - Xəbər

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.


Xəbər xətti