Cərrah və anestezioloq əməliyyat zamanı dalaşdı- Misirdə

19:08 - 10 Dekabr 2018 - MARAQLI

Misirin əl-Manufiya əyalətində cərrahiyyə əməliyyatı zamanı iki həkim dalaşıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qeysəriyyə əməliyyatı zamanı cərrah anestezioloqun üzərinə hücum çəkib. Davaya səbəb isə anestezioloqun növbəti əməliyyata çıxmaq istəmədiyini deməsi olub.
Nəticədi cərrah iti alətlə anestezioloqa xəsarətlər yetirib.

Polis davanın qarşısını ala bilib. Qeyd olunur ki, hər iki həkim hadisə ilə bağlı ifadə verəcək.

Xəbər xətti