Referendum keçirilərkən seçki hüququnun ümumi prinsipləri tətbiq edilir

18:40 - 10 Dekabr 2018 - KİVDF

Referendumla yalnız  Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi qəbul edilə bilər

Referendum ümumxalq səsverməsi forması olub, xalqın öz hüquqları və mənafeləri ilə bağlı olan hər  məsələnin bu yolla həll etmək imkanıdır. Nəticəsindən asılı olaraq referenduma çıxarılan sənəd qəbul edilə və ya edilməyə bilər. Yalnız referendumla Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi qəbul edilə bilər. Bəzi məsələlər var ki, onlar üzrə referendum keçirilə bilməz. Məsələn, vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə,) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Qeyd edək ki. referendum keçirilməsi qaydası “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” ilə  müəyyən edilib və referendum keçirilərkən seçki hüququnun ümumi prinsipləri tətbiq edilir. Həmin prinsiplər xalq iradəsinin ümumi, bərabər və birbaşa gizli və şəxsi səsvermə yolu ilə ifadəsində öz əksini tapir. Bu məcəllənin 17-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir. 

Seçki Məcəlləsinin 121 maddəsi referendum keçirilməsini qadağan edən halları müəyyən edir. Bu maddəyə görə, eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

Məcəllənin 122-ci maddəsilə referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi tənzimlənir. Bildirilir ki. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə (referendum təyin edilməsi)  və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər. Referendum keçirilməsi haqqında qərarda  referendumun keçirilməsi tarixi, referenduma çıxarılan aktın adı, referenduma çıxarılan aktın məzmununun qısa təfsiri, referendumun maliyyələşdirilməsi qaydası göstərilməlidir. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur. Aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz.

 Qeyd edək ki, Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır.
Sonuncu referendun konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı olub və 26 sentyabr 2016-cı ildə keçirilib. Konstitusiya islahatı ölkə həyatının ən müxtəlif sahələrini: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsini əhatə edib. Konkretləşdirməyə gəlincə bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə  "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir təklif olunub və qəbul olunub.
Bununla bağlı Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib: ."Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, sözügedən dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdırıb. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olub. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapıb. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Konstitusiyaya dəyişikliklərlə əlaqədar isə Silahlı Qüvvələr məvhumu daha da genişlənib. Onların hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərir ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal edilmiş ərazilərimizin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edir.”

Konstitusiyaya dəyişikliklərin bir hissəsi isə insan hüquq və azadlıqlarının müdafiəsinə ilə bağlı olub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması öz əksini tapıb. Mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan məlumatlar yayılırdı Konstitusiyaya dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. Konstitusiyanın 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu tənzimləyir. Bu maddəyə edilmiş əkavələrə görə,  Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. 

 

 

Xəbər xətti