Sumqayıtda yük və minik avtomobili toqquşub

09:32 - 8 Dekabr 2018 - HADİSƏ

Sumqayıtda "KAMAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub. FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər xətti