Ana səhifə
18 Dekabr 2018

Zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zəngilan Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır.

Dövlət Baytarlıq Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar zəngilanlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Saray qəsəbəsində məskunlaşan Elçin Arifoğlunun təsərrüfatına baxış keçirilib, 642 kvadratmetr ərazidə dezinfeksiya işləri icra edilib.
Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Zəngilan Rayon Baytarlıq İdarəsi 11077 kvadratmetr sahədə dezinfeksiya tədbirləri aparıb.
Rayonun baytar həkimləri “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun zəngilanlıların təsərrüfatlarda saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 200 baş iribuynuzlu və 120 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə 120 baş qoçda infeksion epidedimitə görə müayinələr aparılıb və yoluxma aşkar edilməyib.
Zəngilan Rayon Baytarlıq İdarəsinin əməkdaşları zəngilanlı məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Tarix
6 Dekabr 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin