Ana səhifə
12 Dekabr 2018

ADMİU-nun SABAH qrupları Rus Dram Teatrında çıxış edəcək

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman” tamaşası nümayiş olunacaq.

Ucnoqta.az xəbər verir ki, tamaşanın bədii rəhbəri ADMİU Sabah qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı bir bölümlü həyat hekayəsinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Amid Qasımov, geyim üzrə rəssamı Könül Vəlibəyli, musiqi tərtibatçısı Emil Əlidir. Qrupun səhnə hərəkəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi Nadir Hüseynovdur. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış edir.

Əsər Cümhuriyyətimizin qurulmasında müstəsna xidmətləri olmuş, 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziri Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edir. 

Qeyd edək ki, tamaşa 4 dekabr tarixində saat 19.00-da başlayacaq.

Tarix
4 Dekabr 2018 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin