Tovuzda avtomobil aşıb, sürücü ölüb

10:53 - 29 Noyabr 2018 - HADİSƏ

Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Abbasov Elnur İlqar oğlu həmin kəndin ərazisində avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarına aşıb. Ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti