Neftçalada 5 otaqlı ev yanıb

16:43 - 28 Noyabr 2018 - HADİSƏ

Neftçala rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, ümumi sahəsi 154 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 100 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti