"Bu sualı verəndə ..." - Tolikdən Zaura irad

15:01 - 27 Noyabr 2018 - MAQAZİN

"Bu yaxınlarda Zaur "5/5"də qonağına bir sual ünvanladı. Məncə, peşəkar aparıcı bu sualı verməzdi. Özümü aparıcı saymasam da, bir prodüser kimi Zaurda bu nöqsanı gördüm".

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O, aparıcı Zaur Kamalla bağlı qalmaqallı açıqlama verib. Tolik bildirib ki, onun müğənni Şəbnəm Tovuzluya verdiyi sual yanlış olub:
"Şəbnəm Tovuzluya sual verdi ki, "Kimləri indi daha populyar hesab edirsən?". Şəbnəm adlar sadaladı: "Getdiyim məclislərdə Damla, Üzeyir Mehdizadə, Talıb Tale, Pərviz Bülbülə, Türkanı və özümü". Mən amma buradan prodüser kimi deyirəm ki, 16 ildir prodüserəm. İdarə və təşkil etdiyim toylarda onlarla bir dəfə də olsun bir yerə düşməmişəm.

Niyəsini deyim sizə: Eltonla işlədiyim bu 5 ildə 500 toy təşkil etmişəm. Heç birində onlardan birini görməmişəm. Bu gün Brilliant Dadaşova, Aygün Kazımova, Röya, Eyyub Yaqubov, Tünzalə Ağayeva olduğu yerlərdə də mən sizi görməmişəm. Ona görə də bir az bu sualı verəndə nəzərə almaq lazımdır ki, hər bir müğənninin və onun çevrəsində olan müğənnilərin öz tamaşaçısı, öz dinləyicisi var".

Xəbər xətti